Azərbaycan 2017-ci ilin I rübündə 273 mln. 554 min ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,8% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.
“I rübdə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya ($72 mln.), Türkiyə ($68 mln.), Gürcüstan ($22 mln.), Türkmənistan ($12,5 mln.), İsveçrə ($11,5 mln.), Çin ($10 mln.) və başqa ölkələr qərarlaşıb.
Hesabat dövründə Azərbaycandan $34 mln. 951,3 min dəyərində meyvə və qoz-fındıq, $34 mln. 255,1 min dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, $29 mln. 738,3 min dəyərində alüminium və ondan hazırlanan məmulatlar, $20 mln. 449,9 min dəyərində tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumrular, $21 mln. 456 min dəyərində pambıq ixrac olunub.
2016-cı ildə Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini 16,4% - $1 mlrd. 237,1 mln.-dək azaldıb.*
A.Axundov