Azərbaycan BƏƏ və Çində ticarət nümayəndələri təyin etməyi planlaşdırır. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
"Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin edilib. Daha sonra BƏƏ və Çində ticarət nümayəndələri təyin olunacaq", - deyə o, bu gün Bakıda keçirilən IV Beynəlxalq Caspian Energy Forumunda bildirib.
Nazir müavininin sözlərinə görə, ticarət nümayəndələrinin fəaliyyəti 3 əsas istiqaməti əhatə edir – Azərbaycan məhsullarının ixrac həcminin artırılması, investorların Azərbaycana cəlb edilməsi və azərbaycanlı iş adamlarının iqtisadi maraqlarının qorunması.
"Həmçinin Ticarət evlərinin yaradılması istiqamətində də iş gedir. Artıq Belarusda Ticarət Evi açılıb. Rusiya və Ukraynada Ticarət evlərinin yaradılması ilə bağlı iş aparılır”, - deyə S.Babayev əlavə edib.
O qeyd edib ki, I rübdə azərbaycanlı ixracatçıların sayı 20% artıb. "İxrac məhsulları istehsalçıları assosiasiyalarının fəaliyyəti daha da aktivləşib. Xüsusilə arıçılıq, şərabçılıq, üzümçülük, fındıqçılıq, tikinti materiallarının lı ixracatçıların sayı 20% artıb. "İxrac məhsulları istehsalçıları assosiasiyalarının fəaliyyəti daha da aktivləşib. Xüsusilə arıçılıq, şərabçılıq, üzümçülük, fındıqçılıq, tikinti materiallarının istehsalı sahələrində assosiasiyalar yaradılıb”, - deyə S.Babayev bildirib.*
A.Axundov