Azərbaycan veteranları torpaqlarımızın işğaldan hərbi yolla azad edilməsində iştirak etməyə hazır olduqlarını bildiriblər. Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib.
"Əgər Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi nəticə verməsə, biz əlimizə silahı götürməyə və Azərbaycan ərazilərinin işğalına son qoymağa hazırıq", - deyə o, bu gün Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə bildirib.
C.Xəlilov qeyd edib ki, ötən ilin aprel hadisələri Azərbaycan Ordusunun döyüş qabiliyyətini və öz ərazilərini işğaldan azad etmək əzmində olduğunu göstərdi.*
F.İsazadə