Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən Rusiyadan külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib”, - deyə məlumatda deyilir.
Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2 min ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib.
O cümlədən, "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsininön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 min dəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub. **
R.Babayev