Xarici işlər naziri Eımar Məmmədyarov güc yolu ilə sərhədlərin dəyişdirilməsini qəbuledilməz hesab edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir.Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”, - deyə o, Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı bildirib.
XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.*
F.İsazadə