Aprelin 25-də Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Danışıqlar zamanı Azərbaycanın hazırladığı sənədlər və Aİ-nin təklifləri müzakirə ediləcək”, - deyə agentliyin həmsöhbəti bildirib.
Nümayəndə heyətinə Aİ-nin Şərq tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin rəhbərlik edəcək.
“Birinci mərhələdə siyasi məsələlər müzakirə olunacaq”, - deyə o qeyd edib. **
F.İsazadə