Azərbaycan Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu Əfqanıstana yola salınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Silahlı Qüvvələrimizin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.*
F.İsazadə