Vaşinqton Suriya prezidenti Bəşər Əsədin qəbuledilməz hərəkətlərinin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bəyan edib.
“Biz Azərbaycandan, sivil dünyanın digər ölkələrindən də olduğu kimi, Suriyada dinc təşəbbüedlərin dəstəklənməsini və Əsəd rejiminin qəbuledilməz hərəkətlərinin qarşısının alınmasında kömək gözləyirik”, - deyə R.Sekuta iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan tədbirdə jurnalistlərə bildirib.
O, “Əsədin öz xalqına qarşı hərəkətlərini biabırçı” adlandırıb.
“Siz ABŞ dövlət katibi Reks Tillersonun Suriyaya dair bəyanatları və prezident Trampın atdığı addımlardan xəbərdarsınız. Digər şərhələrə ehtiyac yoxdur”, - deyə səfir qeyd edib. **
F.İsasadə