Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko bu gün Azərbaycana səfəri çərçivəsində Bakı meriyası ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
“Biz ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışırıq”, - deyə V.Kliçko prezident İlham Əliyevlə görüşdə bildirib.
Dövlət başçısı əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.
Sonra Kiyev meri dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq prezident İ.Əliyevə təqdim edib.*
R.Babayev