Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 92 cinayət faktı qeydə alınıb, onların 27-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 78 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.**
R.Babayev