“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 90 mln. manat xalis mənfəətlə başa vurub. Bu barədə bankdan bildirilib.
“Cari ilin yanvar-mart aylarında ABB-nin gəlirləri 218 mln. manat, xərcləri - 136 mln. manat təşkil edib. Ümumilikdə, bankın mənəfəəti 90 mln. manat olub”, - deyə məlumatda deyilir.
Birinci rübdə bankın əməliyyat gəlirləri 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb.
“Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və yaxud 3,4 mln. manat qənaət edilib”, - deyə məlumatda vurğulanır.
Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır. **
A.Əzizov