OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı sazişin uzaldılması Monitorinq Komitəsinin hesabatı əsasında müəyyənləşəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilb.
Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar barədə də müzakirələr aparılıb.
N.Əliyev OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib. Nazirin sözlərinə görə, sazişin müddətinin uzaldılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına əsasən müəyyənləşəcək.
“İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək”, - deyə, nazir əlavə edib. **
N.Abbasova