Bakıda ağır yol qəzası 3 nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb. Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı "VAZ 2107"-də olanhər üç sərnişin yanaraq ölüb”, - deyə məlumatda deyilir.
Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.
“Əməliyyat saat 09:02-də başa çatıb”, - deyə nazirlikdən vurğulanıb. **
R.Babayev