Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 1,25 mlrd. manatdan artıq məbləğdə investisiya layihələrinə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"İnvestisiya təşviqi sənədinin verildiyi 130 layihənin həyata keçirilməsi nəticəsində 8 mindən artıq iş yeri açılacaq”, - deyə nazir bildirib.
O əlavə edib ki, hazırda 45 layihə üzrə İTS baxılma mərhələsindədir.*
N.Abbasova