Azərbaycanda BOOP-plyonka (polipropilen plyonka) istehsalı üzrə zavodun inşası $32 mln. səviyyəsində qiymətləndirilir. Bu barədə “SOCAR-Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov bəyan edib.
“Hazırda diqqətimizi polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodların tikintisinə yönəltmişik. Lakin, perspektivdə BOOP-plyonka istehsalı üzrə zavodun inşası nəzərdə tutulur. Bu layihənin reallaşdırılması $32 mln. səviyyəsində qiymətləndirilir”, - deyə F.Cəfərov bu gün qeyd edib.
Onun sözlərinə görə, plyonka istehsalında “SOCAR-Polymer” polipropilen zavodunda buraxılacaq polipropilendən istifadə olunacaq.
BOOP-plyonka istehsalı üzrə zavodun gücü illik 38 min hazır məhsul təşkil edəcək. **
N.Abbasova