Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərar qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Vüsal Hüseynov təyin edilib.*
A.Axundov