Azərbaycan İstanbulda “İDEF-2017” XIII Beynəlxalq müdafiə sərgisində 260 adda müdafiə təyinatlı məmulatını təqdim edəcək. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.
“MSN-nin müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatın cari il mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sərgisində nümayişi nəzərdə tutulur”, - deyə Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında qeyd edib.
Sərginin ziyarətçiləri ilk dəfə MSN-nin tabeli müəssisələrində istehsal olunan bir sıra yeni məmulatlarla tanış olacaqlar. Bu, 8,6х70 millimetrlik ”Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu, “Tufan” milli zirehli nəqliyyat vasitəsidir.
“Sərgi çərçivəsində Azərbaycan və Türkiyə hökumətləri arasında “Müdafiə sənayesi sahəsində əməkdaşlığa haqqında” sazişin imzalanması planlaşdırılır.
“Sərginin keçirildiyi dövrdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razlığın əldə olunması, həmçinin məhsuların ixracına dair niyyət protokolları və memorandumların imzalanması nəzərdə tutulur”, - deyə nazir vurğulayıb. **
R.Babayev