Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani 2017-ci ilin II yarısında Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Taqi Xalili məlumat verib.
“Prezident Məhəmməd Əşrəf Qani və xarici işlər naziri Səlahuddin Rəbbani "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin görüşündə iştirak edəcək”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, hazırda səfərin tarixi dəqiqləşdirilir.*
F.İsazadə