Azərbaycan prezidenti İlham Əliyev Yevlaö rayonuna səfəri çərçivəsində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov İ.Əliyevə məlumat verdi ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin uzunluğu 16,5 kilometrdir. Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yol cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri yerinə yetirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.
Həmin gün İ.Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.
S.Məmmədov qeyd edib ki, bu avtomobil yolu 8 min nəfərin yaşadığı altı kəndi birləşdir
O, dövlət başçısına məlumat verdi ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. **
F.İsazadə