Aprelin 16-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
“İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib”, - deyə dövlət başçısının mətbuat xidməti məlumat verib.
R.T.Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
“Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər”, - deyə məlumatda qeyd olunur. **
A.Əzizov