“Şimal-Cənub” dəmir yolu dəhlizi çərçivəsində əməkdaşlığın qurulması Bakı və Tallin arasında ticarət dövriyyəsinin artımına şərait yaradacaq. Bu barədə Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb bəyan edib.
“6-8 aprel tarixlərində Bakıya səfər çərçivəsində iki ölkənin dəmir yolun idarələrin arasında saziş imzalanıb. Bu sənəd “Şimal-Cənub” dəmir yolu dəhlizi layihəsində Estoniyanın iştirakına yönəlib. Bu istiqamətdə fəaliyyət hər iki ölkənin iqtisadi göstəricilərinə çox müsbət təsir edəcək və logistika sektorunda əməkdaşlığın inkişafına kömək edəcək, ticarət dövriyyəsinin artmasına şərait yaradacaq”, - deyə M.Korb “İnterfaks-Azərbaycan” agentliyinə müasahibəsində bildirib.
O qeyd edib ki, Estoniya malların Skandinaviyadan Fars körfəzinə tədarükündə maraqlıdır.
Nazirin sözlərinə görə, hazırda Finlandiyadan yüklərin Hindistana nəqli 45 gün ərzində həyata keçirilir. “Bu çox uzun mküddət və böyük xərclər tələb esdir. Hazırda yeni “Şimal-Cənub” dəhlizinin inşası həyata keçirilir. Azərbaycan İranda 160 km-lik hissənin tikintisində Tehrana yardım edir. Bu dəhlizin yaradılması il növbədə mallar və yüklərin nəqlində itirilən zamana qənaət etməyə imkan verəcək. Digər tərəfdən isə əməkdaşlıq qurmağa şərait yaradacaq”, - deyə o bildirib.
M.Korb Skandinaviyanın İranla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və qeyd edib ki, malların İranın Skandinaviyaya nəql olunacağı bu ticarət dəhlizinin yaradılması müəyyən tarif dərəcələrinin tətbiqi halında “rəqabətə davamlı yol olacaq və Estoniyadan Azərbaycana malların tədarükünə imkan verəcək”.
M.Korb ilə müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq mümkündür.**
F.İsazadə