İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 14 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 156 cinayət faktı qeydə alınıb, onların 41-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 64 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. **
R.Babayev