Cari ilin III rübündəAzərbaycanlaRusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclasının Moskvada keçirilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bu qərar aprelin 13-dən 17-dək AzərbaycanlaRusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın Bakıda keçirilən4-cü iclasın yekunlarına dair qəbul olunub.
“İclasda, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılmış, “Azərbaycan-Rusiya Birgə Komissiyasının 2017-ci il üzrə iş Planı” təsdiq olunub, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılaraq imzalanmış və yekun olaraq iclasın nəticələrinə dair protokol imzalanıb”, - deyə məlumatda deyilir. **
F.İsazadə