Bu gün xarici işlər naziri Elmar Məmmədayrov Malta və İtaliyaya rəsmi səfərə gedib. Bu barədə nazirlikdən məlumat verilib.
“Səfər zamanı E.Məmmdəyarov maltalı və italiyalı həmkarları, həmçinin həmin ölkələrin rəsmi şəxsləri ilə danışıqlar aparacaq”, - deyə məlumatda deyilir.
İtaliyayarəsmi səfər çərçivəsində E.Məmmədyarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında (Italian Society for International Organizations) “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək. **
F.İsazadə