Tehran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri İslam Şurası Məclisinin sədri Əli Laricani İranda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.
“İran Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır”, - deyə o bildirib.
Regionda təhlükəsizlik məsələlərinə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.
Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.*
F.İsazadə