SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin birinci rübündə 1 mln. 846,1 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2017-cı ilin birinci rübündə Azərbaycanda neft hasilatının ümumi həcmi 9 mln. 456,2 min ton (azalma 10,1%) təşkil edib.
Cari ilin mart ayında SOCAR tərəfindən 624,8 min ton neft hasil olunub, Azərbaycan üzrə hasilat 3 mln. 113 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub. **
N.Abbasova