M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Hemofiliya mərkəzində 1554 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bu gün dünya üzrə 400 mindən çox hemofiliyalı xəstə var.
Nazirlik qeyd edir ki, Azərbaycanda tibbi göstərişlər əsasında hemofiliyalı xəstələr müxtəlif növ müalicə alırlar. “Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir”, - deyə məlumatda vurğulanır. **
R.Babayev