"Azərbaycan Hava Yolları" QSC cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
Şəhərə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.
“Ciddəyə birbaşa reyslər "Azərbaycan Hava Yolları"nın digər reysləri ilə rahat calanacaq. Bu, Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək”, - deyə məlumatda bildirilir.*
N.Abbasova