"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti aprelin 18-dən "İnşaatçılar" stansiyasının birinci vestibülünü sərnişinlərin istifadəsinə verəcək. Bu barədə QSC-dən məlumat verilir.
“Stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini başa vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı. Aprelin 18-də səhər saat 6:00-dan metronun "İnşaatçılar" stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq”, - deyə məlumatda deyilir.
Təmir müddətində stansiyanın istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela" tipli analoqları ilə əvəzlənib.
Bundan başqa, eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Əvvəlki kassa zalının qarşısında «BakıKart» kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. **
N.Abbasova