Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan öz resurslarından səmərəli şəkildə istifadə etməlidir.
“Azərbaycanın zəngin təbii ehtiyatları var və biz öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik”, - deyə dövlət başçısı aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təbii ehtiyatları təkcə neftlə, qazla məhdudlaşmır. “Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılıb. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır”, - deyə prezident əlavə edib.*
R.Babayev