Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Bakıda yanğın baş verdiyi çoxmərtəbəli yaşayış binasından 10 nəfəri təxliyə ediblər. Bu barədə FNH-dən məlumat verilib.
“Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m2sahədə, bir ədəd paltaryuyan maşın, soyuducunun üzlüyüqismən və bir ədəd qapı yanıb. Yanğın zamanı10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib”, - deyə məlumatda deyilir.
Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. **
R.Babayev