Əmanətlərin Sığortalanması Fondu (ADIF) "United Credit Bank" ASC-nin əmanətçilərinə 2,132 mln. manat məbləğində kompensasiya ödəməyi planlaşdırır. Bu barədə fondun icraçı direktoru Azad Cavadov məlumat verib.
"Bankın əmanətlərinin ümumi həcmi 3,635 mln. manat, qorunan əmanətlərin həcmi 3,315 mln. manat, ödənilməsi planlaşdırılan kompensasiyaların məbləği 2,132 mln. manat təşkil edir", - deyə o, bu gün mətbuat konfransında bildirib.
İcraçı direktor qeyd edib ki, bankın 472 qorunan əmanətçisi var. ADIF aprelin 19-dan “United Credit Bank”ın qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsinə başlayacaq.*
A.Axundov