Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkçəsinin və çexolun içində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 18 min ABŞ dolları aşkar edilib”, - deyə məlumatda deyilir. **
R.Babayev