“AtaBank" ASC və "Caspian Development Bank" (CDB) birləşir. Bu barədə “AtaBank”ın məlumatında deyilir.
"Bankların səhmdarlarının qərarı ilə CDB ləğv olunaraq ”AtaBank"a birləşəcək”, - deyə məlumatda qeyd olunur.
Həmin bankların yenidən təşkili ilə əlaqədar "PwC" beynəlxalq konsaltinq şirkəti ilə aktivlərin qiymətləndirilməsinin aparılmasına dair ilkin razılaşma əldə edilib.*
A.Əzizov