Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 20-dən sonra sığorta sistemi altına düşən bank əmanətləri üzrə maksimal dərəcənin dəyişdirilməsi məsələsinə baxacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fondun icraçı direktoru Azad Cavadov bəyan edib.
“Birinci rübün yekunları üzrə bank əmanətlərin dərəcələrinin səviyyəsini təhlil və buna əsasən dərəcənin saxlanılması və ya ləğv edilməsinə dair qərar qəbul edəyəik”, - deyə A.Cavadov vurğulayıb.
1 mart 2016-cı ildən etibarən Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, qorunan əmanətçinin qorunan əmanətinin məbləğinə məhdudiyyətlər aradan qaldırılır. Hazırda sığorta sistemi əhalinin 30 min manatadək və dərəcəsi illik 12%-dən artıq olmayan əmanətlərinə şamil edilir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. **
A.Axundov