Britaniyanın «Anglo Asian Mining» şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2017-ci ilin IV rübündə Daşkəsəndə “Uğur” qızıl yatağında hasilata başlamağı planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“2017-ci ilin IV rübündə “Gədəbəy” yatağından 3 km yerləşən bu yaxınlarda açılan “Uğur” yatağında hasilat işlərinə başlamağı planlaşdırır. Həmin meydançada bu məqsədlər üşün “Gədəbəy” yatağından avadanlıq gətirilib”, - deyə məlumatda deyilir.
Şirkətdən bildiriblər ki, “Uğur” yatağı 2016-cı ilin oktyabayında kəşf edilib. İlkin tədqiqatlara əsasən, bu ərazidən 87% səviyysində qızıl hasil etmək mümkündür.
“Uğur” yatağının “Gədəbək” layihəsinin qüvvədə olan gücləri ilə yaxınlıqda yerləşməsini nəzərə alaraq, onun işlənməsi strateji əhəmiyyət daşıyacaq və ümumilikdə layihənin göstəricilərini yaxşılaşdıracaq”, - deyə şirkət qeyd edib. **
A.Axundov