Prezident İlham Əliyev Bakı ilə Sofiya arasında bundan sonra da səmərəli əməkdaşlığın həyata keçiriləcəyinə əmindir.
“Azərbaycan prezidenti aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş prezidenti Rosen Plevneliyevi qəbul edib. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
R.Plevneliyev Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulaıb. O, prezident İ.Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.*
R.Babayev