“PAŞA Həyat sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib. Bu barədə şirkətdən məlumat verilib.
“Ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin banka olan 44,094 min manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən ödənilib”, - deyə məlumatda qeyd olunur.
Bütövlükdə, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı altı sığorta hadisəsinə görə ümumilikdə 125,572 min manat həcmində sığorta ödənişi verilib. **
A.Əzizov