2017-ci iln birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0,18% - $33 mlrd. 207,2 mln.-a qədər artıb. Bu barədə fondun icaçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.
„İlk növbədə, fondun investisiya portfelinin strukturuna daxil olan (əsasən, avro, Rusiya rublu, Britaniya funt sterlinqi) valyutaların məzənnə fərqi, həmçinin aktivlərin dəyərinin artımı aktivlərin artmasına müsbət təsir edib“, - deyə o bəyan edib.
Ş.Mövsümovun sözlərinə görə, 2017-ci ilin birinci rübündə fondun gəlirləri 3 mlrd. 272,5 mln. manat, xərcləri 3 mlrd. 847,5 mln. manat təşkil edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 2 mlrd. 894,4 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat, bonus ödənişləri 0,1 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln. manat təşkil edib.
Ş.Mövsümov bildirib ki, yanvar-mart aylarında fondun xərcləri strukturunda ən çox məbləğ – 1 mlrd. 525 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 1,3 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,9 mln. manat vəsait yönəldilib.
O cümlədən, 2017-ci ilin birinci rübündə Fondu büdcəsindən ölkədə iqtisadi sabitliyin təminatına AMB-yə transfertlər 2 mlrd. 279 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdcədənkənar gəlirlər 873,9 mln. manat təşkil edib. **
N.Abbasova