Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2017-ci ilin yekunları üzrə fondun aktivlərinin 2016-cı ildəki səviyyədə qalacağını proqnozlaşdırır.
Ötən ilin yekunları üzrə ARDNF-in aktivləri $33 mlrd. 147 mln. təşkil edib.
“Fondun cari il üçün gəlir və xərclərinin tam həcmdə icrası, dünya bazarında neftin qiymətinin hazırkı vəziyyətinə əsasən ilin sonuna fondun aktivlərinin hazırkı səviyyədə qalacağını gözləyirik", - deyə o, bu gün mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
1 aprel 2017-ci il tarixinə ARDNF-in aktivləri $33 mlrd. 207,2 mln. məbləğindədir.*
N.Abbasova