2017-ci ilin yanvar-mart ayında Azərbaycanda partlayışlar və təbii fəlakət və texnogen xarakterli hadisələr nəticəsində 38 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, birinci rübdə ölkədə 2,269 min təbii fəlakət və texnogen xarakterli hadisə baş verib, bu da 2016-cı ilin hesabat dövründən 38% çoxdur.
Həmin hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. 21 nıfər FHN-nin əməkdaşları tərəfindən xilas olunub, təbii fəlakət və texnogen xarakterli hadisələr zamanı 376 nəfər təxliyə edilib.
Yanvar-mart aylarında respublikada 31 partlayış (artım 48%) baş verib. 7 nəfər həlak olub, daha 42 nəfər xəsarət alıb. **
R.Babayev