2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) transfertlərin faktiki həcmi proqnozlaşdırılan məbləğdən az ola bilər. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
"Bu ilin I rübündə ARDNF-dən AMB-yə transfertlər 2 mlrd. 239 mln. manat məbləğində olub. Fondun 2017-ci il büdcəsində bu məqsədlər üçün 7,5 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Lakin hesablamalar göstərir ki, bu məbləğ tam həcmdə sərf olunmayacaq", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla belə, Ş.Mövsümov cari ildə bu məqsədlərə real olaraq yönəldilə bilən vəsaitlərin həcmini açıqlamayıb.*
N.Abbasova