Azərbaycan və Maltanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Corc Vella Valettada baş tutan görüşdə münasibətlərin daha da inkişaf etdirilməsibaxımından ikitətərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
“Azərbaycan və Malta arasında münasibətlərin daha da inkişaf etdirilməsibaxımından ikitərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Tərəflər iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə ediblər.
“Görüşdə enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edilib. Bu xüsusda, nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.*
R.Babayev