Aprelin 18-də iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“İki gün davam edəcək səfər çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq”, - deyə məlumatda deyilir.
Komissiyanın 5-ci iclası 2014-cü il noyabrın 17-də Bakıda keçirilib. **
A.Axundov