2017-ci ilin birinci rübündə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 385,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, martda Azərbaycanda 176,4 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-mart ayları ərzində mənzil tikintisinə investisiyalar 147,2 mln. manat (artım 14,3%), həmçinin martda 91,1 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib, bu isə 2015-ci ilin göstəricisindən 13,2% azdır. **
A.Əzizov