Qazax rayonu ərazisində baş vermiş yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
““Mitsubishi” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Opel” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.*
R.Babayev