Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Sumqayıt şəhərində yanğın baş verdiyi yaşayış binasından 20 nəfəri təxliyə ediblər. Bu barədə FNH-dən məlumat verilib.
“Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzilin mətbəxinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub”, - deyə məlumatda deyilir.
“Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildiriblər. **
R.Babayev