“Xalq Bank” “Visa International” beynəlxalq ödəmə sisteminin prinsipial üzvü oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Bununla əlaqədar “Visa İnternational”ın rəsmi nümayəndələri aprelin 6-da banka sertifikat təqdim ediblər”, - deyə məlumatda qeyd olunur.
Prinsipial üzvlük statusu banka “Visa İnternational” ilə birbaşa hesablaşmalar aparmaq və kart məhsullarının tətbiqində bu sistemin imkanlarından daha çox faydalanmaq imkanı yaradır.*
A.Əzizov