10 aprel-10 may tarixlərində Bakıda keçirilən Bakı Şopinq Festivalının iştirakçılarına Vergilər Nazirliyi tərəfindən 300 min manatdan çox vəsait qaytarılıb. Bu barədə bu gün jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.
“Festivalın əvvəlindən 400-dən artıq faktura qeydə alınıb və ƏDV ilə bağlı300 min manatdan çox vəsait qaytarılıb”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, festval çərivəsində tax free sistemindən istifadə edən şəxslərin 95-96%-i Azərbaycan vətəndaşlarıdır.*
A.Axundov