Vergilər Nazirliyi iqtisadiyyatın bütün sahələri üzrə uçotun aparılmasına dair qaydalar hazırlayıb. Bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev "Caspian European Club"un təşkilatçılığı ilə keçirilən biznes forumda bildirib.
Onun sözlərinə görə, cari həftənin sonuna kimi nazirlik bu qaydaları təsdiq etməyi planlaşdırır.
"Bu qaydalar mühasibat uçotu ilə bağlı deyil. Qaydalar vergi uçotunun aparılması zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş iş və xidmətin hansı sənədlə rəsmiləşdirilməli olduğunu dəqiq bilməsi üçün hazırlanıb", - deyə İ.Vəliyev bəyan edib. **
A.Axundov